Zulfiyya Khanbabayeva - Çarəsiz

Advertisements
आज़रबाइजानी
A A

Çarəsiz

Bənd 1
Xəyallarıma qonaq gələrkən yaşanmış hallar
İçim yanar özlərəm səni..
Yağar ürəyimə gözlərindən qəmli leysanlar
Əvvəlki tək istərəm səni
 
Qəlbim qanadsız bir quşdur
Nə zamandır ömrüm boşdur
Uzun illər ötsə də gözlərəm səni
 
Nəqarət
Çarəsiz..
Sənlə biz, bu sevgisiz, tək kimsəsiz..
Üşüdük tənhalıqdan bax hər ikimiz
Eyni anda sən mənsiz və mən sənsiz
Özümüzdən xəbərsiz...
 
Biz çarəsiz..
Çox aciz, bu sevgisiz, tək kimsəsiz..
Üşüdük tənhalıqdan bax hər ikimiz
Eyni anda sən mənsiz və mən sənsiz
Biz çarəsiz...
 
Bənd 2
Yaş ötər, soyuyar keçər, ağrılar qalar arxada
Keçmişimdə gizlərəm səni..
Bir birimizin olmasaq da fani dünyada
Göylərdən səslərəm səni
 
Sınmış duyğular daha coşmur
Nə zamandır ömrüm boşdur
Uzun illər ötsə də gözlərəm səni
 
Nəqarət
Çarəsiz..
Sənlə biz, bu sevgisiz, tək kimsəsiz..
Üşüdük tənhalıqdan bax hər ikimiz
Eyni anda sən mənsiz və mən sənsiz
Özümüzdən xəbərsiz...
 
Biz çarəsiz..
Çox aciz, bu sevgisiz, kimsəsiz..
Üşüdük tənhalıqdan hər ikimiz
Eyni anda sən mənsiz və mən sənsiz
Biz çarəsiz...
 
Bulush_Bulush_ द्वारा गुरु, 22/02/2018 - 16:27 को जमा किया गया
धन्यवाद!1 बार धन्यवाद मिला

 

Advertisements
Video
Zulfiyya Khanbabayeva: टॉप 3
कमेन्ट