Oroszország gyalázatos háborút folytat Ukrajna ellen.     Állj ki Ukrajnával!
Ossza meg
Betűméret
Fordítás
Swap languages

Mənim üçün ölü

Başsağlığı verirəm
Ailənlə birlikdə ağladım
Yeni bir butulka açıb
Xatirələrimə süzəcəyəm
Qara paltarda cəsədinin baş ucunda olacam
Adını çağıracam amma cavab verməyəcəksən
Vidalaşanda anana gül verəcəm
Çünki əzizim, mənim üçün ölüsən
 
Səni öldürməliyəm
Səni beynimdən atmağın tək yolu budu
Səni öldürməliyəm
Dediyin bütün şirin sözləri susdurmaq üçün
 
Səni həqiqətən öldürmək istəyirəm
Səni dünyamdan silmək istəyirəm
Bilərziyini
Bilərziyini
Yerin iki metr altına basdırmaq istəyirəm
 
Yağışlı günlər və qara çətirlər
İndi səni kim xilas edəcək?
Torpağın altından hilə edə bilərsən?
 
Başsağlığı verirəm
Ailənlə birlikdə ağladım
Yeni bir butulka açıb
Xatirələrimə süzəcəyəm
Qara paltarda cəsədinin baş ucunda olacam
Adını çağıracam amma cavab verməyəcəksən
Vidalaşanda anana gül verəcəm
Çünki əzizim, mənim üçün ölüsən
Sən gedəndə yas tutacam
Çünki əzizim, mənim üçün ölüsən
Sən gedəndə yas tutacam
 
Üzgün olduğumu deməliyəm
Kimisə itirəndə deyilən tək söz budu
Elədiyin bütün ağılsızlıqlar üçün
Həmişə mən üzr istəyirdim
Ona görə də indi həqiqətən üzgünəm
Həmişə üzr istəyən tərəf olduğum üçün üzr istəyirəm
Amma əgər bunu yenə desəydim, sənə yenə desəydim
Dəli olduğumu düşünərdin
 
Başsağlığı verirəm
Ailənlə birlikdə ağladım
Yeni bir butulka açıb
Xatirələrimə süzəcəyəm
Qara paltarda cəsədinin baş ucunda olacam
Adını çağıracam amma cavab verməyəcəksən
Vidalaşanda anana gül verəcəm
Çünki əzizim, mənim üçün ölüsən
 
Sən gedəndə yas tutacam
Əzizim, mənim üçün ölüsən
Sən gedəndə yas tutacam
Çünki əzizim, mənim üçün ölüsən
 
Eredeti dalszöveg

Dead To Me

Dalszövegek (Angol)

Melanie Martinez: Top 3
Idiómák a(z) „!songName” című dalból
Hozzászólások