Oroszország gyalázatos háborút folytat Ukrajna ellen.     Állj ki Ukrajnával!
  • Qaraqan

    Mən və Sən • Qısa Qapanma

    Featuring artist: Ayka
Ossza meg
Betűméret
Eredeti dalszöveg

Mən və Sən szöveg

verse1: QaraQan
Gözlərin iki okean,
Göz yaşların aysberq.
Mən içində kiçik balıq,
Hələ bitməmiş bir roman, povest.
Hələ başlıya bilməmiş bir nağıl.
Yənə yaralıdı qanadlar, uça bilmirəm.
Sənsiz necə yorulub ayaqlar, qaça bilmirəm.
Sənnən məni bağışla terk et! Tez get!
Sevgim qaralama deftəri.
Sən yaralarıma dərman, zamandan yaxşı.
Qəlbim qorxaq uşaq, kim deyir acı heqiqet şirin yalandan yaxşı.
Bakının boz küçeleri.
Sentyabr, bir az külek, ara bir yağış.
Bəlkə öləcək sevgimiz ama qoy hələ yaşasın mahnımız.
 
chorus: QaraQan
Bütün arzularımıza da buz.
Nə qalar məndən sənə iz.
Bir ürək, bir alov, bir köz.
Bir az döz, bir az döz.
Yaz bir məktub ya da bir söz.
Bir soyuq baxış ya da hiss.
Artıq mən və sən deyil biz.
Sən mənsiz, mən sənsiz.
 
verse2: QaraQan
Gecə gündüzə qarışıb, sən yoxsan.
Otaq boşdu, zəng gəlmir.
Buz döşəmələr, pəncərəm pərdəli.
Sənin incə əllərin.
Sənin incə əllərin məni isidərdi.
Kobud qollarım səni qoruyardı.
Şirin sözlərin məni yaşadardı.
Keçmişə bir günlük qayıdardım.
Mən qayıdardım.
Deyişərdim.Tanımazdın.
Kaş mənim həyatımda heç olmazdın.
Kaş ləpələr sahilə gelməzdi.
Kaş sahil dənizini sevməzdi.
Onda dalğalar da geri dönməzdi.
Bala balığlar quruda ölməzdi.
Qələm əllərimdə kül olsada gülmürəm.
Sənsiz ölərəm deyirdim ama ölmürəm.
 
chorus: QaraQan
Bütün arzularımıza da buz.
Nə qalar məndən sənə iz.
Bir ürək, bir alov, bir köz.
Bir az döz, bir az döz.
Yaz bir məktub ya da bir söz.
Bir soyuq baxış ya da hiss.
Artıq mən və sən deyil biz.
Sən mənsiz, mən sənsiz.
 
verse3: Ayka
Dəli küləklər son mektubunu əlimdən aldı.
Yenə tək qaldım.
Yenə sənsiz həyatım olub mənə zindan.
Yenə sən, Yenə qan, Yenə QaraQan.
Yenə əlində parçalanır ümid.
Yenə dənizimə büründü dumanlar.
Yenə yalanlar yenə yalanlar.
 
verse4: QaraQan
Dəli küləkler, bizim içimizə son bahar gələcək.
Yenə töküləcək yarpağı sevginin.
Yenə yağacaq yağışlar qarışıb göz yaşına.
 
verse5: Ayka
Sevmirəm, Sevmirəm.
Necə qorxuram sevdiyimi deməkdən.
Aman Allah bilmirəm,
Bilmirəm niyə səni belə sevirəm.
Sevirəm mən sevirəm.
 
chorus: QaraQan
Bütün arzularımıza da buz.
Nə qalar məndən sənə iz.
Bir ürək, bir alov, bir köz.
Bir az döz, bir az döz.
Yaz bir məktub ya da bir söz.
Bir soyuq baxış ya da hiss.
Artıq mən və sən deyil biz.
Sən mənsiz, mən sənsiz.
 

 

"Mən və Sən" fordításai
Qaraqan: Top 3
Hozzászólások