Oroszország gyalázatos háborút folytat Ukrajna ellen.     Állj ki Ukrajnával!
  • Football Anthems Azerbaijan

    Anthem Of Inter Baku Pik (İnter Bakı Himni)

Ossza meg
Betűméret
Eredeti

Anthem Of Inter Baku Pik (İnter Bakı Himni) szöveg

Azərkeş əlləri göyə yüksəlir
İnter səninləyik, İnter qol deyir
Yaşıl meydanlardan zəfərlər gəlir
Səni alqışlayır daim bizim xalq
Adın beynəlminəl, özün beynəlxalq
 
Əzəldən sevilir bu yerdə futbol
Doğma yurdumuzun sevimlisi ol
Futbolun bəzəyi vurulan hər qol
Qələbəyə doğru gedir çətin yol
Sən kuboklar qazan, sən çempiyon ol
 
İnter uğurlar səni gözləyir
İnter rəqiblər səni izləyir
İnter azərkeşlər gör nə deyir:
"İnter hər vaxt öndə yerin olsun,
İnter çempiyonluq sənin olsun!"
 
Bütün oyunları hünərlə bitir
Əziz Bakımıza şöhrət şan gətir
Mehriban dostları sevincə yetir
Sevindir hər zaman odlar ölkəsin
Özgə diyarlardan qoy gəlsin səsin
 
İnter uğurlar səni gözləyir
İnter rəqiblər səni izləyir
İnter azərkeşlər gör nə deyir:
"İnter hər vaxt öndə yerin olsun,
İnter çempiyonluq sənin olsun!" (x2)
 
İnter hər vaxt öndə yerin olsun,
İnter çempiyonluq sənin olsun!
 

 

Hozzászólások