You are (Azerbajdzsán translation)

Reklám
Azerbajdzsán translationAzerbajdzsán
A A

Sənsən

Mənasız günlər
Mən buna getdikcə alışıram
Mən bundan getdikcə bezirəm
 
Gözlərimi bağlayıram və səni düşünürəm
Ürəyim döyünür
Getdikcə daha da sürətlə döyünür, balam
 
Günümün yarıdan çoxu boşdur
Ürəyimdəki dərinlik doldurulmayacaq
Getdikcə böyüyür, dərinləşir və genişlənir
İndi hislərim günəş qalxmamışdan qabaq olan kimidir
 
Mənim başım qarışıqdır və özümü itirmişəm
Başım qarışanda, yorulanda
Sən mənim yorğun əlimi tutursan
Sən məni bərk və sıx qucaqlayırsan
 
Mən həmişə arxaya baxmadan qaçıram
Mən nəfəssiz qalanda
Xahiş mənim səmam ol
 
Gözəl səmadır
Səma təmizdir sənin kimi
Heç bir bulud yoxdur
Səbəb sənsən ki
Dünya mənə fərqli hiss etdirir
 
Günlərim yağışlı olub
Başqa insanlar mənim səmamı görə bilmirlər
Nəfəs ala bilmirəm, yeyə bilmirəm, yata bilmirəm
Sənlə tanış olmamışdan qabaq dağılmış idim
 
İndi mən yaxşıyam, yaxşı hiss edirəm
Çünki sən mənə yaxınsan
Buludların arxasında səni görəndə təmizləyirəm
 
Mənim başım qarışıqdır və özümü itirmişəm
Başım qarışanda, yorulanda
Bütün ağrılarımı götür apar
Mənim yaralarım sənin toxunuşunla sağalır
 
Mən həmişə arxaya baxmadan qaçıram
Reallıq mənə dəyəndə
Xahiş mənim yol göstərənim ol
 
Gözəl səmadır
Səma təmizdir sənin kimi
Heç bir bulud yoxdur
Səbəb sənsən ki
Dünya mənə fərqli hiss etdirir
 
Sən xoşbəxt olanda səmaya baxırsan
Çətin olanda, ağrılarını yağdır
Sabah mənim səmam səndən ibarət olacaq
Səndən başqa heç nəyə ehtiyacım yoxdu, başa düşürsən?
 
İndi sənin kimi, sənin
Sadəcə mənim yanımda qal
İsti gözlərinlə mənə bax
Sadəcə belə
 
Sən bunu bilməzsən
Sənin varlığındır
Mənə nəfəs verir
 
Gözəl səma
Səma aydındır, göz yaşı yoxdur
Heç bir bulud yoxdur
Səbəb sənsən ki
Dünya mənə fərqli hiss etdirir
 
Kűldve: shahanashahana Vasárnap, 14/01/2018 - 12:19
Last edited by shahanashahana on Szombat, 24/02/2018 - 19:33

You are

Hozzászólások