Russia is waging a disgraceful war on Ukraine.     Stai con l'Ucraina!
Condividere
Dimensione del font
Traduzione
Swap languages

Birtərəfli yol

Yenə baxışınla
(Bu) qəlbim alt - üst oldu
Yenə qəlbimin sinifində
Eşq dərsləri başladı
Ürək yenə alt - üst oldu
Bütün sadəliyinlə
Sözünü deyirsən
Səni sevərəm deyirsən
Mənsə sonuncu sevgimsən deyirəm
Öz sözünü deyirsən
 
Bilirsən halım bugünlərdə hamınınkından pisdi
Axı kim ki, gəldi mənim sadə qəlbimi qırdı
Söz ver ki, yanımdan getməyəcəksən
Mənim üçün sevgi artıq birtərəfli yoldur
Ölərəm getsən, axırıncı dəfədi
Qəfəsdə uçuş oldum, nəfəssiz qaldım
Artıq dünyada özümlə tək qaldım
Düzünü de, bu bir oyundu?
Olmaya sənin bütün sözlərin başqalarının sözləri kimidi?
Bir səhnədi, bu bir oyundu?
 
Xəbərsiz məni qucaqla
Göz yaşlarımı qüssəmi azalt
Qərarsız baxışlarınla
Məni yenə özünə aşiq elə
Göz yaşlarımı qüssəmi azalt
Qəlbimin bəhanəsi var
Aşiqanə sözləri var
Başqa yolu yoxdu
Yenə də təkrar
Başımı çiyninə qoyam
 
Testi originali

جاده‌ی یک‌طرفه

Clicca per vedere il testo originale (Persiano)

Commenti
RazqRazq
   Lun, 22/01/2024 - 23:51
5

Tərcüməniz mahnının özü kimi çox qəşəngdi. "Olmaya" kəlməsini də öyrəndim :D Sağ olun!