Dua Lipa - New Rules (traduzione in Azero)

traduzione in Azero

Yeni Qaydalar

Versioni: #1#2
Bir, bir, bir...
 
Gecə yuxumda danışıram
Ağlımı itirirəm
(Ağlımı itirirəm,ağlımı itirirəm)
Hərşeyi yazıram sonra oxuyuram
Bəlkə bu mənə kömək edər
(Dəfələrlə,dəfələrlə)
Mənim sevgim məni başqaları kimi hiss etdirmir
Başqa heçkim kimi
Amma mənim sevgim məni sevmir
Beləliklə mən özümə deyirəm
 
Bir-onun zənginə cavab vermirsən
Bilirsən axı, o, sadəcə içkili və yalnızdır deyə sənə zəng edir
İki-onu özünə buraxma
Sonra yenə çıxarmalı olacaqsan
Üç-onunla dost olmursan
Bilirsən ki, səhəri onun yatağında qarşılayacaqsan
Və əgər onun cazibəsi altındasansa,hələ onu unuda bilməzsən
 
Yeni qaydalarım var,bir-bir sayıram onları
Yeni qaydalarım var,bir-bir sayıram onları
Onları özümə xatırlatmalıyam
Yeni qaydalarım var,bir-bir sayıram onları
Onları özümə xatırlatmalıyam
 
Özümü nə qədər qabağa itələsəmdə
O,məni hər dəfə dala çəkir
(Nə olursa olsun,çevrilmə)
(Çevrilmə,yox)
İndi bunların hamısından uzağam
Nəhayət ki,nümunə görürəm
(Heç vaxt öyrənməyəcəm,heç vaxt öyrənməyəcəm)
Amma mənim sevgim məni heç sevmir
Beləliklə mən özümə deyirəm
Bəli,deyirəm,hə,deyirəm
 
Bir-onun zənginə cavab vermirsən
Bilirsən axı, o, sadəcə içkili və yalnızdır deyə sənə zəng edir
İki-onu buraxma
Sonra yenə çıxarmalı olacaqsan
Üç-onunla dost olmursan
Bilirsən ki, səhəri onun yatağında qarşılayacaqsan
Və əgər onun cazibəsi altındasansa,hələ onu unuda bilməzsən
 
Yeni qaydalarım var,bir-bir sayıram onları
Yeni qaydalarım var,bir-bir sayıram onları
Onları özümə xatırlatmalıyam
Yeni qaydalarım var,bir-bir sayıram onları
Onları özümə xatırlatmalıyam
 
Öz üzərimizdə çalışaraq ideallaşırıq
Hələ də bunu əzbərləməyə çalışıram
(Yeni qaydalarım var,bir-bir sayıram onları)
Ye,yat və nəfəs al...
Məşq et və təkrarla,çünki
(Yeni qaydalarım var,bir-bir sayıram onları)
 
Bir-onun zənginə cavab vermirsən
Bilirsən axı, o, sadəcə içkili və yalnızdır deyə sənə zəng edir
İki-onu buraxma
Sonra yenə çıxarmalı olacaqsan
Üç-onunla dost olmursan
Bilirsən ki, səhəri onun yatağında qarşılayacaqsan
Və əgər onun cazibəsi altındasansa,hələ onu unuda bilməzsən
 
Yeni qaydalarım var,bir-bir sayıram onları
Yeni qaydalarım var,bir-bir sayıram onları
(O-o,o-o)
Onları özümə xatırlatmalıyam
Yeni qaydalarım var,bir-bir sayıram onları
(Balacam,sayıram)
Onları özümə xatırlatmalıyam
 
Onu özünə buraxma,onu özünə buraxma
Yox,yox,yox,yox
Onun dostu olma,onun dostu olma
Yox,yox,yox,yox
Onu özünə buraxma,onu özünə buraxma
Yox,yox,yox,yox
Onun dostu olma,onun dostu olma
Yox,yox,yox,yox
Yoxsa onu unuda bilməzsən
 
Postato da ay_su Ven, 23/02/2018 - 18:50
Inglese

New Rules

Commenti fatti
RadixIce    Sab, 24/02/2018 - 04:53

Bilirsən axı, o, sadəcə içkili və yalnızdı deyə sənə zəng edir ----> Bilirsən axı, o, sadəcə içkili və yalnızdır deyə sənə zəng edir (xəbər şəkilçisi əvəzinə şühudi keçmiş zaman şəkilçisini yazmışdız)
Bilirsən ki, sabahı onun yatağında qarşılayacaqsan ----> Bilirsən ki, səhəri onun yatağında qarşılayacaqsan (Hamımızın başını qatan bir şey burada Teeth smile Nitqtimizdə səhvə yol verib səhər əvəzinə sabah deyirik.)

LyricsTranslate-ə xoş gəldiniz. Sayt QaydalarıTSS-nı nəzərdən keçirməyi unutmayın. Bu arada linkləri Azərbaycan dili interfeysində atdım.

ay_su    Sab, 24/02/2018 - 12:21

Men yalnız sizə təşəkkür edə bilərəm.Əslində rus dilinde oxuduğum üçün azərbaycan dili qrammatikası ilə aram çox yaxşı deyil, amma öyrənirəm.

RadixIce    Dom, 25/02/2018 - 05:48

Problem deyil. Saytla bağlı nə köməyə ehtiyacınız olsa deyin.