Russia is waging a disgraceful war on Ukraine.     Stai con l'Ucraina!
Condividere
Dimensione del font
Traduzione
Swap languages

Aynada Labirint

Son haradadır, qaçıram amma
Aynada, labirint
Qoruma adında məhdudiyyət məni həbs edib
Ağrısa da şikayət edə bilmərəm artıq
Bu dünya, məni gizlədən dünya
Lütfən məndən vaz keçmə
 
Yuxarı gedəcəyik, yıxılma
Aynada, sənin təsəllin
Özümü bu böyük çərçivəyə uyğunlaşdırmaq üçün
Hələ də çox kiçik hiss edirəm
Lütfən, lütfən məni tap
 
Aynanın önündə yenə təslim oluram
Bura çox qaranlıqdır
Zəif çiyinlərimi
Nə aça bilirəm, nə də gizlədə
 
Labirintin sonunda, labirintin sonunda
Digər tərəfdə, aynanın digər tərəfində
Lütfən, lütfən məni tap
Lütfən məndən vaz keçmə
 
Yox oh oh oh oh oh oh
Yox oh oh oh oh oh oh
Zəif çiyinlərimə
Söykənəndə dincələ bilim deyə
Dincələ bilim deyə
 
Yox oh oh oh oh oh oh
Yox oh oh oh oh oh oh
Lütfən, lütfən məni tap
 
Əlimi işığa uzadıram
Aynada özümü itələyirəm
O parçalanmış və bölünmüş surətdə
Həqiqi məni belə tapa bilmirəm
Lütfən, lütfən məni tap
 
Aynanın önündə yenə təslim oluram
Bura çox qaranlıqdır
Zəif çiyinlərimi
Nə aça bilirəm, nə də gizlədə
 
Labirintin sonunda, labirintin sonunda
Digər tərəfdə, aynanın digər tərəfində
Lütfən, lütfən məni tap
 
İndi uçmaq istəyirəm
Sonsuza qədər uçan Peter Pan kimi (uç, uç, uç)
Ulduz olmaq istəyirəm
Tökülən o ilk tər damcısı kimi
 
Aynanın önündə yenə təslim oluram
Bura çox qaranlıqdır
Zəif çiyinlərimi
Nə aça bilirəm, nə də gizlədə
 
Labirintin sonunda, labirintin sonunda
Digər tərəfdə, aynanın digər tərəfində
Lütfən, lütfən məni tap
Lütfən məndən vaz keçmə
 
Yox oh oh oh oh oh oh
Yox oh oh oh oh oh oh
Zəif çiyinlərimə
Söykənəndə dincələ bilim deyə
Dincələ bilim deyə
 
Yox oh oh oh oh oh oh
Yox oh oh oh oh oh oh
Lütfən, lütfən məni tap
 
Testi originali

거울 속의 미로 (Maze in the Mirror)

Clicca per vedere il testo originale (Inglese, Coreano)

Commenti