She And Her Darkness (traduzione in Azero)

Advertisements
traduzione in Azero

O və onun qaranlığı

Ürəyimin ağırlığı ən azı bir tondur,
Başımda bir ordunun ayaqları döyəcləyir,
Ola bilsin, bir gün oyanıb görərəm ki,
Bütün həyatım sadəcə bir yuxu idi...
 
Və ola bilsin, mən sənsiz daha yaxşı olaram,
Məni burada bütün düşüncələrimlə tək qoyub getmisən,
Bir yığın söz yaza bilərdim, ya da bir milyon mil gəzərdim,
Sınmış şüşənin üstündə yatardım ki, gülüşlərin itməsin.
Dünya ətrafında səninçün səyahət edirəm,
Dəqiqələri yığaraq, oh, necə cəfəngdir,
Sənə gözəllik gətirmək, üçün, sevinc gətirmək üçün,
Kaş balaca oğlan olardım.
 
Mənə söz verdiyin sakitlik hanı?
Niyə o məsafə mənə bu cür yaxındır?
Niyə zülmün hələ də incidir məni?
Niyə gözlərin məndən qaçır?
 
Qoy mənə verdiyin hər şeyə görə sənə təşəkkür edim,
Etdiyin hər şeyə görə təşəkkür edirəm.
Təkcə son bir şeyi dediyimə görə məni bağışla:
Darıxıram səninçün və ümid edirəm, bu mahnını eşidirsən!
 
Dünya ətrafında səninçün səyahət edirəm,
Dəqiqələri yığaraq, oh, necə cəfəngdir,
Sənə gözəllik gətirmək, üçün, sevinc gətirmək üçün,
Kaş balaca oğlan olardım.
 
Səninçün ölürəm, görmürsən?
Azad olmaq üçün sənə yalan deyirəm!
Səndən ötrü acam, çünki yeyə bilmirəm!
Səninçün məğlub olub yoxa çıxaram!
 
Postato da deyanet.aghayev Sab, 16/06/2018 - 15:46
Aggiunto su richiesta di Sazakan
Inglese

She And Her Darkness

Diary of Dreams: 3 più popolari
Idioms from "She And Her Darkness"
See also
Commenti fatti