Russia is waging a disgraceful war on Ukraine.     ウクライナとともに立ち上がれ!
共有
フォントサイズ
翻訳
Swap languages

Səhv

Əlimdə deyildi, hamısını atdım
Bütün duyğularımı sildim
Amma səni silə bilmədim (İcazə ver sərbəst olum)
Çünki ürəyim kədərli idi (İcazə ver nəfəs alım)
 
Sadəcə belə yaşamalıyam, sadəcə nəfəs almalıyam
Sadəcə həyatda qalmalıyam, niyə edə bilmirəm?
Yaxşıyam dedim (İcazə ver sərbəst olum)
Bu mənim üçün daha yaxşıdır (İcazə ver nəfəs alım)
 
Kəskin, bıçaq kimi sözlərinlə kəsilməkdən qorxurdum
Sadəcə nəfəs alıb yemək yeməliyəm buna dözmək üçün
Mən qorxaq idim amma yenə də dözmək istədim
 
Ürəyimi əlimin içində tuturam
Mənə görə olan bir həyat seçdim
 
Özümü buraxmaq istəmirəm
Özümü artıq məhv etmək istəmirəm
Hər şey bitəndə belə bitməyən xatirələr
Onlara qalib gəlməyə cəsarətim yoxdur
 
Sevgi ən sonunda
Sadəcə birinə görə yalandır
İndi səni unutmağımı izlə
Gözlərin açıq
 
Məni heç vaxt unutma
Məni heç vaxt silmə
 
Ürəyim axsayırdı və bu yolun sonudur
O qərarı verəndən və nəfəs alandan sonra
Dərin bir ah çəkirəm
Onu ürəyimdən yırtıb atıram
Səssiz bir fəryad ilə
 
Ətrafımda dolanan bütün rəsmlərini silirəm
Qalan bütün xatirələri yandırıram
 
Özümü buraxmaq istəmirəm
Özümü artıq məhv etmək istəmirəm
Hər şey bitəndə belə bitməyən xatirələr
Onlara qalib gəlməyə cəsarətim yoxdur
 
Səni yenidən gördüm, ağladım
Bir şeylər səhv getdi
Ürəyim hələ də xatırlayır (İcazə ver sərbəst olum)
Hər şey eyni idi (İcazə ver nəfəs alım)
 
Səndən qaçmaq üçün bir yer yoxdur
 
Səni tutmaq mənə əzab verir
Amma səni buraxmaq daha çox əzab verir
Bu yer yuxunun içindəki yuxudan daha dərindir
Buradan qaçmağa cəsarətim yoxdur
 
Səni unudacağam demək
İçimdə qalan bir yalandır
Üzün yenə ürəyimin hər yerinə yayılır
Əvvəlkindən daha çox əzab verir
 
Sənin üçün daha çox darıxıram
Daha da təhlükəlidir
 
オリジナル歌詞

Error

元の歌詞を見るにはここをクリック (韓国語・朝鮮語)

コメント