Advertisement

Masterpiece (Azeri vertaling)

Advertisement
Azeri vertaling

Şah əsər

Əgər Mona Lisa olsaydın
Louvre muzeyində asılı olardın
Hamı səni görmək üçün gələrdi
Hərəkət etməyin imkansız olardı
Nadir və qiymət biçilməz bir işin əsəri
Mənə nə olduğunu göstərir
Məxmər kəmərin arxasında qal
Amma ümidlərimdən imtina etməyəcəyəm
 
Və sənin yanındayam
Bu axşam bir oğru kimiyəm
Bir şah əsərin qarşısında dayanmışam
Və sənə niyəsini deyə bilmərəm
Bir şah əsərə aşiq olmaq
Canımı çox yaxır
Çünki sonda heç nə
Dağılmaz deyil
 
Səni ilk gördüyüm andan bəri
Bütün qaranlığı işıqlandırırsan
Bir impressionist şəkil
İşığın kiçik zərrəsidir
"Bax, amma zəhmət olmasa mənə toxunma" yazısı
Mənə nə kimi olduğunu göstərir
Dürüst olacağam, həmişə seçilən biri olmaq
Əyləncəli ola bilmir
 
Və sənin yanındayam
Bu axşam bir oğru kimiyəm
Bir şah əsərin qarşısında dayanıram
Və sənə niyəsini deyə bilmərəm
Bir şah əsərə aşiq olmaq
Canımı çox yaxır
Çünki sonda heç nə
Dağılmaz deyil
Heç nə dağılmaz deyil
Heç nə dağılmaz deyil
Heç nə dağılmaz deyil
 
Və sənin yanındayam
Bu axşam bir oğru kimiyəm
Bir şah əsərin qarşısında dayanıram
Və sənə niyəsini deyə bilmərəm
Bir şah əsərə aşiq olmaq
Canımı çox yaxır
 
Və sənin yanındayam
Bu axşam bir oğru kimiyəm
Bir şah əsərin qarşısında dayanıram
Və sənə niyəsini deyə bilmərəm
Bir şah əsərə aşiq olmaq
Canımı çox yaxır
Çünki sonda heç nə
Dağılmaz deyil
Çünki sonda heç nə
Dağılmaz deyil
 
Toegevoed door RadixIce op Zat, 27/07/2013 - 18:54
Laatst bewerkt door RadixIce op Zon, 24/06/2018 - 12:59
5
Jouw beoordeling: None Average: 5 (2 votes)
Engels

Masterpiece

Reacties
deyanet.aghayev    Zon, 24/06/2018 - 11:15

İnversiyadan istifadə etməlisiniz ki, paralellik saxlanılsın. Bədii tərcümədə nəsrdəki kimi söz sırasını saxlamaq xarakterik deyil. Bir iradım olduğu üçün 1 ulduz az vermək qərarına gəldim.

RadixIce    Zon, 24/06/2018 - 11:21

Başa düşmədim.
Və niyəsini deyə
Bilmərəm

Belə eləməliydim?
Onda da paralellik pozulacaqdı. Digər cümləni başa sətirdən yazmaq məcburiyyətinda qalacaqdım və yenə də paralel olmayacaqdı. Bu irad deyil.

deyanet.aghayev    Zon, 24/06/2018 - 11:30

Sizi tənqidə açıq olmağa çağırıram, tənqidlər olmadan, hər kəs sadəcə 5 ulduz verməklə inkişafa xidmətdən söhbət gedə bilməz.

deyanet.aghayev    Zon, 24/06/2018 - 11:40

Nadir və qiymət biçilməz bir işin əsəri
Mənə nə olduğunu göstərir (Burada sətirlərin yerini dəyişib fərqli cümlə ilə tərcüməni versəniz, tam uyğun olacaq).
Bir şah əsərə aşiq olmaq
Canımı çox yaxır (yerdəyişmə etmək lazımdır).
Çünki sonda heç nə
Dağıılmaz deyil (Heç nə ikinci sətirdə olmalıdır, dağılmaz sözündə texniki səhvi düzəltmək lazımdır).
Bütün qaranlığı işıqlandırırsan (Bütün qaranlıq işıqlandı).
İşığın kiçik hissəsidir (hissəsidir əvəzinə zərrəsidir daha uyğun olar).
"Bax, amma zəhmət olmasa mənə toxunma" yazısı
Mənə nə kimi olduğunu göstərir (yerdəyişmə).
Dürüst olacam həmişə seçilən biri olmaq
Əyləncəli ola bilmir (Dürüst olacam əvəzinə Düzünü desəm yaxşı olardı, yenə yerdəyişmə etməyinizə ehtiyac var).

RadixIce    Zon, 24/06/2018 - 12:57

Dağılmaq sözündə "ı" hərfinin birini əlavə yazdığımı görməmişəm. Mən çox vaxt inversiyadan istifadə edirəm, niyəsə də elə olanda fikiri daha yaxşı açıqlaya bildiyimi düşünürəm. EDIT: Dağılmaz sözünü düzəltdim və hissə əvəzinə zərrə yazdım.

deyanet.aghayev    Zon, 24/06/2018 - 13:15

Texniki səhv dedikdə, sizin sadəcə düzəltməli olduğunuz kompüter və s. qurğuların səbəbindən yaranmış halı nəzərdə tuturdum.
Məndə də bu cür xüsusiyyət var ki, gərək hər xırda şeyləri qeyd edim.
Amma həmişə əmin olun ki, bu, hamımızın xeyrinədir. Mənim özümdə bəlkə daha çox səhvlər taparsınız. Texniki yaxud bilərəkdən.
Sizdə isə hər şey qaydasındadır. Çox gözəl tərcümə edirsiniz. Bizə, sadəcə, rast gələriksə, cüzi detalları demək qalır.
5 ulduz.

RadixIce    Zon, 24/06/2018 - 13:19

Necə olub o səhvi etmişəm xatırlamıram, doğrusu, dediyiniz üçün təşəkkürlər.

deyanet.aghayev    Zon, 24/06/2018 - 13:21

Olur belə şeylər. Ona görə də, mən həmişə tərcüməni təsdiq etdikdən sonra bir dəfə də oxuyuram. Elə olur ki, 2-3 dəfə redaktə edirəm.

RadixIce    Zon, 24/06/2018 - 13:22

Məndə də olur son zamanlar. 3-4 dəfə düzəliş edirəm.

deyanet.aghayev    Zon, 24/06/2018 - 13:25

Səhhətinizə fikir verin, qalan hər şeyi bərpa etmək mümkündür. Bir "Edit" ilə həm tərcüməni, həm də səsverməni redaktə edə bilirik.
Bundan ötrü narahat olmağa dəyməz.