Metanet Isgenderli - Bir gün

Reklamy
azerbejdżański
A A

Bir gün

Sənə ürəyimi aça bilməsəm
Payiz baxişindan yağiş sellənər
Sirrimi sözümü söyləsəm sənə
Yağiş gözlərimdə bahar dillənər
 
Əgər gözlərinə baxa bilməsəm
O dəli küləklər haray qoparar
Səndən uzaqlarda olsam da gülüm
Şimşəklər səsimi sənə aparar
 
Bir gün bulud ürəyindən keçərəm
Bir gün sənin gözlərinə köçərəm
Üzümu söykəyib göyün üzünə
Bir gün saçlarina siğal çəkərəm
 
Qoşulub bir dəfə ağ göyərçinə
Göylərdən yanina gələrəm sənin
Gözümdə sellənər arzu yağişi
Bir gün gözlərində gülərəm sənin
 
Udostępniono przez rustam.tirinovrustam.tirinov dnia pt., 27/09/2013 - 06:23
Ostatnio edytowano przez rustam.tirinovrustam.tirinov dnia czw., 23/01/2014 - 07:16
Dzięki!podziękowano 1 raz

 

Reklamy
Nagranie wideo
Tłumaczenia piosenki „Bir gün”
Metanet Isgenderli: Najbardziej popularne 3
Moje komentarze