L'italiano ( Tradução para Azeri)

Advertisements
Tradução para Azeri Azeri
A A

İtalyan

Versões: #1#2
Qoyun mahnı oxuyum,
Əlimdə gitaramla
Qoyun mahnı oxuyum
Mən İtalyanam!
 
Salam, İtaliya, dişlərdə spagetti
və Prezident olaraq bir partizan!
Sağ əldə hər an bir radio
Və pəncərədə kiçik bir bülbül.
 
İtaliya rəssamlarınla sənə salam olsun!
Çoxlu amerika posterlərinlə
Sevgi nəğmələrinlə
Ürəklə
Rahibələrdən çox qadınlarınla
 
Günaydın İtaliya.
Günaydın Maria,
Melanxolik gözlərinlə.
Günaydın Tanrı.
Bilirsən ki buradayam.
 
Qoyun mahnı oxuyum,
Əlimdə gitaramla
Qoyun mahnı oxuyum
Yavaş yavaş bir mahnı.
Qoyun mahnı oxuyum
Çünki qürur duyuram,
Mən bir italyanam
Gerçək bir italyan.
 
Qorxusuz İtaliya, Sənə salam olsun!
Nanə qoxulu təraş köpüyünlə
Mavi zolaqlı kostyumunla
Televizordakı bazar günü təkrarlarınla
Günaydın İtaliya, acı qəhvən ilə,
Birinci siyirmədəki corablar
Və kimyəvi-təmizləmədəki bayraqlar ilə
Və təmirdəki 600 model ilə.
 
Günaydın İtaliya.
Günaydın Maria,
Melanxolik gözlərinlə.
Günaydın Tanrı.
Bilirsən ki buradayam.
 
Qoyun mahnı oxuyum,
Əlimdə gitaramla
Qoyun mahnı oxuyum
Yavaş yavaş bir mahnı.
Qoyun mahnı oxuyum
Çünki qürur duyuram,
Mən bir italyanam
Gerçək bir italyan.
 
Adicionado por Tarlan MustafayevTarlan Mustafayev em Segunda-feira, 26/06/2017 - 07:24
Adicionado em resposta ao pedido de Zarina01Zarina01
ItalianoItaliano

L'italiano

Toto Cutugno: Maiores 3
Comentários