Birds ( Tradução para Azeri)

Advertisements
Tradução para Azeri Azeri
A A

Quşlar

Çöldən təcrid olmuş,
Buludlar bütün işığı almış,
Idarə edə bilmirəm, görünən o ki
Düşüncələrimin başı boş qalmış.
Bu qədər zamandır
Sənsiz bir həyat yaşamağı düşündüyümdə
 
Quşlar damdan düşürlər
Səmadan yağış damlaları kimi.
Nə hava var, nə qürur.
 
Əgər səhv etdiyim şey özüm olmaqsa
Doğru olmayanı seçərəm.
Ümidlər qorxuya çevrildi və mən
Bir qanadımla uça bilmirəm
Gündoğumunla, tutun möhkəmcə
Xəyallarıma və buna görə
 
Quşlar damdam düşürlər
Səmadan yağış damlaları kimi.
Nə hava var, nə qürur.
Quşlar.
 
Qorxunun və ay işığının olmadığı yerlərə
(Qorxunun və ay işığının olmadığı yerlərə)
Bütün ehtiyacım ağaclaradı, çiçəklərə və bir az günəş işığına
(Bütün ehtiyacım ağaclaradı, çiçəklərə və bir az günəş işığına)
Xatirələrin doğulduğu və köhnə xatirələrin yox olduğu yerdə,
Məhəbbətin itmədiyi yerdə.
 
Quşlar damdan düşürlər
Səmadan yağış damlaları kimi.
 
Quşlar damdan düşürlər
Səmadan yağış damlaları kimi.
Nə hava var, nə qürur.
Elə buna görə quşlar uçmurlar.
 
Adicionado por Nabi SaryevNabi Saryev em Segunda-feira, 24/04/2017 - 17:54
Adicionado em resposta ao pedido de Lisa_ManobanLisa_Manoban
5
Seus pontos: None Média: 5 (1 vote)
InglêsInglês

Birds

Comentários
RadixIceRadixIce    Segunda-feira, 24/04/2017 - 18:07
5

Çatı deyil "dam" olmalıdır. Çatı türk dilindədir. Azərbaycan dilində "dam"dır.

Nabi SaryevNabi Saryev    Segunda-feira, 24/04/2017 - 18:32

Bilirəm, çatı sözünü işlətdim ki düz mənada başa düşülsün, çünkü dam sözünün ayrı mənasıdı var

RadixIceRadixIce    Segunda-feira, 24/04/2017 - 18:34

Evin damı yaza bilərsiz. Ayrı mənada başa düşənlərin dil bilgisinin problemi olar bu, sizin yox )