Russia is waging a disgraceful war on Ukraine.     Stai cu Ucraina!
Acțiune
Marimea fontului
Traducere
Swap languages

Cənnət gülü

Cənnət gülü, ətraf buz tutub
Amma mənə necə baxdığını görürəm, məni məndən alırsan
Sənə mənimsən demək istəyirəm
Amma elə bil nəsə buna əngəl olur
 
Cənnət gülü, ətraf buz tutub
Amma mənə necə baxdığını görürəm, məni məndən alırsan
Sadəcə icazə ver sənə toxunum
Daha gözləyə bilmərəm, əzizim
Cənnət gülü, ətraf buz tutub
Amma mənə necə baxdığını görürəm, məni məndən alırsan
Sənə mənimsən demək istəyirəm
Amma elə bil nəsə buna əngəl olur
 
Duyğularımla oynadın
Kədərli notlarınla məni yaraladın
Keçib gedən o günlər
De, onlar kimin üçün idi?
Amma üzdüm - bu amneziya1
Üz-üzə dayanmışıq
Danışmaq çətindi, amma artıq ilişib qalmışam
Səs-küylü dodaqlarında
Deyəcəklərimi artıq unutmuşam
Həmişə unutduğum kimi
Kin tuta bilmirəm
Əzizim, bunu bilirsən
Biraz yaxınlaş, bircə dəfə sarıl
Və qalan hər şey mənasızdı
 
Uçmağı öyrənəcəyik
Əgər bir-birimizə güvənsək
Əgər bir-birimizə güvənsək
 
Cənnət gülü, ətraf buz tutub
Amma mənə necə baxdığını görürəm, məni məndən alırsan
Sənə mənimsən demək istəyirəm
Amma elə bil nəsə buna əngəl olur
 
Cənnət gülü, ətraf buz tutub
Amma mənə necə baxdığını görürəm, məni məndən alırsan
Sadəcə icazə ver sənə toxunum
Daha gözləyə bilmərəm, əzizim
Cənnət gülü, ətraf buz tutub
Amma mənə necə baxdığını görürəm, məni məndən alırsan
Sənə mənimsən demək istəyirəm
Amma elə bil nəsə buna əngəl olur
 
  • 1. yaddaş və xatirələrin itirilməsi
Versuri originale

Небесные розы

Fă click aici pentru a vedea versurile originale (Rusă)

Comentarii