Advertisement

Zachem Pridumali Lubov'?(Зачем Придумали Любовь?) (перевод на Азербайджанский)

Advertisement
Запрошена проверка
перевод на Азербайджанский

Niyə sevgini icad etdilər?

Sən belə deyildin, sən tam başqa idin,
Seçim haqqını yenə özündə saxladın.
Niyə Allahdan sevgi istəyirik ki
Sonra onu belə qabiliyyətsizcəsinə sındıraq?
 
Göz yaşları yalandır,
Qısamüddətli yağış kimi.
Doğru yoxdur, ancaq su,
Həmişəki kimi, hə.
 
[Nəqarət]:
Niyə sevgini icad ediblər?
Bunların hamısını anlamaq çox çətindir,
Onsuz yaşamaq çox rahatdır,
Amma mümkünsüzdür.
 
Niyə sevgini icad ediblər?
Onu biz gecə-gündüz axtarırıq.
Qapalı çevrədəki kimi,
Kim bu sevgini icad edib?
 
Sığortasız yıxılmaq qorxuludur, mən bunu bilirdim,
Və qəlbimi etibar etdim, amma o əllərə yox.
Mən sərhədləri pozurdum, sadəcə risk edirdim,
Və ola bilsin ki, qayasız oynayırdım.
 
Bəxtim gətirmədi,
Olan artıq getdi.
Qoy bu inanılmaz olsun,
Mən bağlı qapılara döyəcəyəm!
 
[Nəqarət]:
Niyə sevgini icad ediblər?
Bunların hamısını anlamaq çox çətindir,
Onsuz yaşamaq çox rahatdır,
Amma mümkünsüzdür.
 
Niyə sevgini icad ediblər?
O, bizim qanımıza narkotik kimidir.
Qapalı çevrədəki kimi,
Kim bu sevgini icad edib?
 
Hər şeyi cavabsız saxlayaraq,
Mən görünmədən özümü itirdim.
Sonsuzluğu ikiyə bölürdüm,
Səni necə sevirdim...
 
Niyə sevgini icad ediblər?
Bunların hamısını anlamaq çox çətindir,
Onsuz yaşamaq çox rahatdır,
Amma mümkünsüzdür.
 
Niyə sevgini icad ediblər?
O, bizim qanımızı zəhərləndirir.
Qapalı çevrədəki kimi,
Kim bu sevgini icad edib?
 
Alicia Nakamura.
Добавлено harel.skaat.75 в вт, 28/02/2017 - 17:37
Автор перевода запросил проверку.
Это значит, что автор будет рад любым исправлениям и улучшениям перевода.
Если вы владеете языками перевода, и у вас есть замечания/предложения, оставьте свои комментарии.
Русский

Zachem Pridumali Lubov'?(Зачем Придумали Любовь?)

Idioms from "Zachem Pridumali ..."
Смотрите также
Комментарии