Россия ведет позорную войну с Украиной.     Поддержи Украину!
  • Aygün Kazımova

    Səni Dərd Böyüdəcək

Делиться
Размер шрифта
Оригинал

текст песни Səni Dərd Böyüdəcək

Tanrı elçisidir Məhəmməd, İsa,
Yenə bu müqəddəs adlar dirilir.
 
Cəlladlar köhnədir, çarmıxlar təzə,
Ağrılar dirilir, dərdlər dirilir.
 
Cəlladlar köhnədir, çarmıxlar təzə,
Ağrılar dirilir, dərdlər dirilir.
Ağrılar dirilir, dərdlər dirilir.
 
…Bu dərdə yiyə dur, sən qorxma, oğlu,
Səni bu dünyada dərd böyüdəcək.
 
Əlim sənə çatmır, darıxma oğlu,
Dərd səni məndən də mərd böyüdəcək...
Dərd səni məndən də mərd böyüdəcək...mərd böyüdəcək...
 
Qoy çəksin süfrədən gözünü aclar,
Çörək olmayacaq, ölüm olacaq!
 
Dərddən ağaracaq qapqara saçlar,
Hər dərdi bir çəkən gəlin olacaq.
 
Dərddən ağaracaq qapqara saçlar,
Hər dərdi bir çəkən gəlin olacaq.
Hər dərdi bir çəkən gəlin olacaq.
 
…Bu dərdə yiyə dur, sən qorxma, oğlu,
Səni bu dünyada dərd böyüdəcək.
 
Əlim sənə çatmır, darıxma oğlu,
Dərd səni məndən də mərd böyüdəcək...
Dərd səni məndən də mərd böyüdəcək...mərd böyüdəcək...
 
Gör necə qızarır gül ləcəyitək
Ovcumun içində mismar yerləri.
 
Mən sənə hədiyyə gətirəm gərək
Bu qanlı gülləri, qızılgülləri.
 
Mən sənə hədiyyə gətirəm gərək
Bu qanlı gülləri, qızılgülləri.
Bu qanlı gülləri, qızılgülləri.
 
…Bu dərdə yiyə dur, sən qorxma, oğlu,
Səni bu dünyada dərd böyüdəcək.
 
Əlim sənə çatmır, darıxma oğlu,
Dərd səni məndən də mərd böyüdəcək...
Dərd səni məndən də mərd böyüdəcək...
Mərd böyüdəcək...Mərd böyüdəcək...Mərd böyüdəcək...
 

 

Aygün Kazımova: Топ 3
Комментарии