Qaraqan - Dua

  • Извођач: Qaraqan
  • Албум: Leykemiya
Реклама
азерски
A A

Dua

Neçə göz yaşı axacaq gözümdən
Mən artıq bezmişəm özümdən
Neçə qorxaq addım atacaq qəlbim
Gedəcək taleyin izinnən
Neçə sətirlik mürəkkəbimdə qan
Hansı küçədə görüşürük ölümnən
Məni buraxma, mənə inanma
Nifrət eləsən də, bitməsin öpüşlər
Hər dəfə kələ-kötür yollarla qalxıram
Ama Tanrının qapısı bağlı
Ümidlərin nağılı. Yaralarım ağrıyır
Səni kim saxlayır?! Niyə qaçmırsan?!
Axı bu incə tələlər son qoyacaq sənə
Hər yeni göz yaşı, yeni davalar
Laxtalandıqca bağlayır səni mənə
Neçə göz yaşı axacaq gözümdən
Mən artıq bezmişəm özümdən
Neçə qorxaq addım atacaq qəlbim
Gedəcək taleyin izinnən
Bu şəhərdə qalmayıb mələklər
Bu küçələri tərk eləyib Allah
Bir çantalıq əbədi sürgünlərdə bir gecəlik səninlə qalmaq
 
Nəqarət:
Qoy yağış yağsın, külək əssin, dalğalansın qoy dəniz
Bizim ümidlərimiz, yuyulur izlərimiz
Əllər açılır səmaya
Orda varmı kimsə bizdən savayı?!
Eşit bu harayı, isit bu ürəyi!
De, bu yollar aparır bizi haraya? (x2)
 
Neçə göz yaşı axacaq gözümdən
Mən artıq bezmişəm özümdən
Neçə qorxaq addım atacaq ruhum
Qanlar axacaq dizimdən
Sənin yolunda mən ölümə hazır
Bir təbəssüm min zülümə hazır
Sənin bir kəlmənlə mən yarandım
Sənə həsr etdiyim sətirim azdır
Neçə dahini basdırır zəmanə
Neçə gəmi yelkənləri küləksiz
Neçə ağactək kəsiləcək qollarım
Neçə köməksiz evi qoyacam dirəksiz
Mənim əlimdə yoxdur işarələr
Mənim taleyim silinib nəzərdən
Tanrının oyuncaq qutusundan
Yıxılıb, itib bir oyuncaq əsgər
Yenə qar yağdı yol işıqlarına
Dolanır dənələr pərvanətək
Mən pəncərələrimi açdım
Bəlkə göylərdən enə çiynimə bir mələk
Yenə Tanrının məbədində tək
Yenə əllərim açılıb göylərə
İki söyüdün kölgəsində mən
Günahlarımı yenə yuyuram çaylara
 
Nəqarət:
Qoy yağış yağsın, külək əssin, dalğalansın qoy dəniz
Bizim ümidlərimiz, yuyulur izlərimiz
Əllər açılır səmaya
Orda varmı kimsə bizdən savayı?!
Eşit bu harayı, isit bu ürəyi!
De, bu yollar aparır bizi haraya? (x2)
 
Поставио/ла: Leyla AslanalpLeyla Aslanalp У: Четвртак, 22/06/2017 - 19:09
Хвала!

 

Реклама
Видео снимак
Коментари