Vincent ( översättning till azerbajdzjanska)

Reklam
översättning till azerbajdzjanska azerbajdzjanska
A A

Vinsent

Vinsent qızlar barədə düşünəndə ehtiraslanmır
O çox cəhd edib və ürəkdən çalışıb
Bütün dostları GTA oynayanda
Vinsent sevgi dünyasına dalır və Beyonsun ifasına oynayır
 
O,ancaq o oğlan və həmin gün barədə düşünür
Hansıki,onu birinci dəfə görürdü
O elə qəşəng dayanmışdı və Vinsent onda anladı ki,
O elə indicə aşiq oldu!
 
Anacan,mən daha düşünə bilmirəm
Deyirəm,yəqin qızdırmam var
Elə düşünürəm ki,bu mənə lazım deyil
Ana,mən indi nə etməliyəm?
Düşünürəm ki,öləcəm
Ürəyim parçalansa necə olacaq?
 
Yox,mənim balam,bu baş verməyəcək!
Mənə inan,dəyərli balam,sən ölməyəcəksən!
Bu sadəcə sevgidir,dərman da kömək etmir,oh-oh
Yenicə aşiq olanda çox ağrılı olur
Ancaq bu keçicidir,özün görəcəksən
Bu sadəcə sevgidir,bu halda dərman kömək etmir
 
Linda çox gözəl idi,Ben isə futbol ulduzu
Xəyalları möhtəşəm,ideal cütlük
Toy,ev və uşaq,hər şey planlaşdırılıb
Lakin indi o,uzanıb düşünür,"doğrudanmı bu belə olmalı idi"?
 
O oğlan və o çağlar barədə düşünür
O vaxt ki,onlar hələ sevgili idilər
İndi isə hər şey bu qədər ciddidirmi - o artıq heç bilmir
Doğrudanmı,bu əsl sevgi idi?!
 
Anacan,mən daha düşünə bilmirəm
Deyirəm,yəqin qızdırmam var
Elə düşünürəm ki,bu mənə lazım deyil
Ana,mən indi nə etməliyəm?
Düşünürəm ki,öləcəm
Ürəyim parçalansa necə olacaq?
 
Yox,mənim balam,bu baş verməyəcək!
Mənə inan,dəyərli balam,sən ölməyəcəksən!
Bu sadəcə sevgidir,dərman da kömək etməz,ah
Bilirəm,bu zəhrimar sevgi çox ağrılıdır!
Ancaq bu keçicidir,özün görəcəksən
Bu sadəcə sevgidir,dərman da kömək etmir,oh-oh
 
Deutsche Bank'ı məhkəməyə verə bilərsən
İncili oxuyarsan,Uitnidən soruşa bilərsən
Sevgi barədə isə onlar da çarəsizdilər
Nə mən,nə sən,nə o oğlan,nə də ki,o qız
Sənin hiss etdiyini heç də hər kəs duya bilmir
Bu sadəcə sevgidir,dərman da əlac deyil
 
Oh yeah, oh yeah
Oh,bu sadəcə sevgidir,bu hala dərman da kömək etmir
Oh-oh, oh-oh
Bu sadəcə sevgidir,oh-yeah
 
Linda Tinderdən asılı qalıb,Ben isə daha burada deyil
O,Amerikada modellərlə öpüşür
Vinsentin iki uşağı və güclü əri var
O da heç düşünmürdü ki,adam belə sevə bilər
 
İndi mən də burada uzanıb o gün barədə xəyala dalıram
O gün ki,ilk dəfə aşıq olmuşdum
 
Anacan,mən daha düşünə bilmirəm
Deyirəm,yəqin qızdırmam var
Elə düşünürəm ki,bu mənə lazım deyil
Ana,mən indi nə etməliyəm?
Düşünürəm ki,öləcəm
Ürəyim parçalansa necə olacaq?
 
Yox,mənim balam,bu baş verməyəcək!
Mənə inan,dəyərli balam,sən ölməyəcəksən!
Bu sadəcə sevgidir,dərman da kömək etməz,ah
Bilirəm,bu zəhrimar sevgi çox ağrılıdır!
Ancaq bu keçicidir,özün görəcəksən
Bu sadəcə sevgidir,dərman da xilas etməz,ahh
 
Vinsent qızlar barədə düşünəndə ehtiraslanmır
O çox cəhd edib və ürəkdən çalışıb
 
The Translation is ©Achampnator so before using it ask for permission

In case of a source field link belongs the Translation to the Copyright Owner where the link goes to
Inskickad av AchampnatorAchampnator Tor, 22/08/2019 - 12:40
tyskatyska

Vincent

Kommentarer