Russia is waging a disgraceful war on Ukraine.     Ukrayna'nın Yanında Olun!
  • Ismail I

    Üsul ərkan bilməz nadan əlindən

Paylaşmak
Yazı tipi boyutu
Orijinal

Üsul ərkan bilməz nadan əlindən sözleri

Üsul ərkan bilməz nadan əlindən
Üsul ağlar ərkan ağlar yol ağlar
Bülbülün figanı qönçə gülündən
Bülbül ağlar tikan ağlar gül ağlar
 
Kamil olanların bəllidir yeri
Eşq yoluna qoydum can ile səri
Haqqın didarını görəldən bəri
Dərya ağlar ırmak ağlar göl ağlar
 
Haçan cüşa gəlsə axar bu sellər
Açılmış lalələr qırmızı güllər
Çalxanır şahanlar tökülür tellər
Şahan ağlar pəncə ağlar tel ağlar
 
İyi ile konuş olasın iyi
Felek iyi bilir paşayı bəyi
Bu çarxın əlindən el aman deyü
Hünkar ağlar vəzir ağlar qul ağlar
 
Şah Xətaiyim nələr gəlir dilimdən
Həqiqət kəmərin çözmə belindən
İyicə özün bilməz dərviş əlindən
Əba ağlar tülbent ağlar şal ağlar
 

 

Yorumlar