• Kərim Novruzov

    Azərbaycanlılar

يشارك
Font Size
الأذرية
الأذرية
Hər sözündə hikmət olan şairə,
Dəstək olur Azərbaycanlılar
 
Qoy deyimki bəlli ola hər yana,
Məlum ola cümlə Azərbaycan
Maştağada icad olub meyxana
Təsdiq edərlər bunu vicdanlılar.
 
Bizdə hökmlü kişilər olmuş yəni
Mirİbrahim Ağa, Axund Mirqəni
Qoymuyub o vaxt kəndə girsin erməni
Gəlib çıxınca Türklər, Osmanlılar.
 
Buzovnanın qutabı var adla-sanla
Şağan qonşu Mərdəkan, Şüvəlanla
Bilgəh böyük ad qoyub zəfəranla
Muğamla məhşurdu Nardaranlılar
 
Eyni yoldu Balaxanıyla Binəqədi
Arada Mehdiabad salıb sərhədi
Qonşu Digahla Məhəmmədi
Pirşağı Zabratla Kürdəxanlılar
 
Məni həmişə əzizləyib Binəlilər
Əmircanlı, Suraxanı, Bülbüləlilər
Qarpıza çox qonağ eləyib Zirəlilər
Soğan da pay göndərib Hövsanlılar
 
Qresin işığı təmin edir ölkəni
Ves Ramana neftlə qazıb mədəni
Bizə də o qaz-işıqdan nə olar yəni
ƏI tutanda yoxsula imkanlılar
 
Rəhim sarayda çoxuna dərs verib
Söz əhlinə bircə sözü bəs verib
Yaxşı sənətkara həmişə səs verib
Fatmayı, Xocahəsənli, Novxanılılar
 
Yetirdi Şirvan neçə gör şairi
Nəsimini, Seyid Əzimi, Sabiri
Allah rəhmət etsin Aşıq Şakiri
Fəxr eləyir olarla Şirvanlılar
Xüsusən Mollakənd, Muradxanlılar
 
Gəz bu Talış torpağını, sorağla
Bilməyirsən tarixi aç varağla
Ən əziz tikəsin bölər qonaqla
Masallı, Astara, Lənkəranlılar
 
Şuşanı gəzərdik necə heyran ilə
Laçın, Füzuli boyanıb qan ilə
Durub qarşı-qarşıya düşman ilə
Ağdam, Ağcabədi, Beyləqanlılar
 
Siyəzəndə balığa edərlər qonağ
Dəvəçinin tarixi qədimdən sorağ
Cümləsi meyxanaya eyləyir marağ
Quba, Xaçmaz, Xudatlı, Nabranlılar
 
Culfa, Şərur, Babək, birdə Ordubad,
Nehrəmlə, Qahab nə sayım adbaad
Bizim De gəlsin elə vermişki dad
Sirab da göndərib Naxçıvanlılar
 

 

التعليقات