Россия ведет позорную войну с Украиной.     Поддержи Украину!
  • Tünzalə Ağayeva

    Sevdi Can Səni • Sevdi Can Səni

Делиться
Размер шрифта
Оригинальный текст

текст песни Sevdi Can Səni

İllər, qərinələr keçirsə aləm,
Yadımda saxlaram hər zaman səni.
Dərdimi bilməyən varmı bir adam?
Bu bir həqiqət ki sevdi can səni.
Dün öylə gedirdin ahəstə, rəvan,
Bulandı su kimi gözlərimdə qan.
Bir mənim başıma gəldimi hicran,
Kim basdı bağrına canhacan səni?..
O axşam röyada gəzişə çıxdım,
Aramızı vuran bir evi yıxdım...
Titrəyə-titrəyə əlini sıxdım,
Baxdım, zəhərləmiş o ilan səni...
Baxırdın, sevdiyim, sən məlul-məlul,
Çırpınar, gülərkən sevdalı ilul
Bağırdım gülərək... ey ləkəli dul!..
Məndən başqa sevməz bir insan səni!
 

 

Переводы "Sevdi Can Səni"
Tünzalə Ağayeva: Топ 3
Комментарии