Favorites
Share
Font Size
Original lyrics
4 translations

Bakı lyrics

Burda kainata göz açıb doğulmuşam
Burda o qədər sıxılmışam, boğulmuşam
Burda insanların arasında ruh olmuşam
Və yuxulara qarışıb yox olmuşam.
Burda Xəzərin hüzurunu sığmışam
Neqativ fikirlərimə qonmuşam
Burda hər gün eyni boz monoton
Günəşi gözləməkdən mən yorulmuşam.
 
Chorus:
Burda darıxıram tək-tənha
Ruhum batıb günaha
Burda çox ucuz ölüm, yaşam çox baha
Burda ilin dörd fəsli son bahar.
Burda yağır yenə yağışlar
Burda kədərlidir baxışlar
Burda dərk etdim ki bir daha
Yolların hamısı aparır Allaha.
 
Verse 2:
Burda arzuların çoxunu itirmişəm
Ya da zamanın axarına ötürmüşəm
Başladığım nağılı bitirmişəm
Yarı yolda qoyanları çox görmüşəm.
İnanmışam.. Güvənmişəm…
Sevinmişəm.. Tərk edilmişəm…
 
Chorus:
Darıxıram tək-tənha
Ruhum batıb günaha
Burda çox ucuz ölüm, yaşam çox baha
Burda ilin dörd fəsli son bahar.
Burda yağır yenə yağışlar
Burda kədərlidir baxışlar
Burda dərk etdim ki bir daha
Yolların hamısı aparır Allaha.
 
Bura Bakıdır..!
 

 

Translations of "Bakı"
Turkish #1, #2
Collections with "Bakı"
Comments
RadixIceRadixIce
   Mon, 14/05/2018 - 09:00

[@amateur] Düşünürəm ki, "ya da zamanının axarına ötürmüşəm" cümləsini "həyatı zamanın axarına ötürmüşəm" olaraq siz dəyişdiribsiz. Çünki mən onu elə düzəltmişdim videonu əlavə edəndə. İstəsəz bir də qulaq asın, "ya da zamanın axarına ötürmüşəm" deyir. Düzəltdim.