• Rəşid Behbudov

    Nazəndə Sevgilim

  • 8 translations
    English #1
    +7 more
    , #2, Finnish, German, Greek, Russian, Turkish #1, #2
Favorites
Share
Font Size
Original lyrics

Nazəndə Sevgilim lyrics

Dəydi saçlarıma bahar küləyi
Nazəndə sevgilim yadıma düşdün
Hərənin bəxtinə bir gözəl düşər
Sən də təkcə mənim adıma düşdün
Nazəndə sevgilim yadıma düşdün
 
Sənsiz dağ döşünə çıxdım bu seher
Ötdü qumru kimi gül şəlalələr
Ey,niyə yalqızsan? sordu lalələr
Kövrəltdi, nisgilim yadıma düşdün
Nazəndə sevgilim yadıma düşdün
 
Gözlərim yoldadır qulağım səsdə
Səni unutmaram mən son nəfəsdə
Ey ceyran baxışlım, ey boyu dəstə
Ey tazə tərgülüm yadıma düşdün
Nazəndə sevgilim yadıma düşdün
 

 

Translations of "Nazəndə Sevgilim"
English #1, #2
Turkish #1, #2
Rəşid Behbudov: Top 3
Please help to translate "Nazəndə Sevgilim"
Comments
Don JuanDon Juan
   Mon, 19/06/2017 - 21:50

Song title corrected and lyrics were updated according to Azeri ortography.