AySel

Στίχοι Sən

Πρόσθεσε στα αγαπημένα σου
Arrow down
Γλώσσα:
Αζέρικα

Sən

Bəxtim mənim, məhəbbətim.
Bəxtim mənim, mənim məhəbbətim.
 
Sən mənim bəxtimə açıq bir ürək,
Bu eşqi səninlə böləcəyəm mən.
Sən hələ ünvansız dəli bir külək,
Bir şirin yuxusan görəcəyəm mən.
 
Sən, sən,
Sən bəlkə bir arzusan
Əvvəl-axır yetəcəyəm mən.
Sən, sən,
Sən bəlkə bir günahsan
Nə zamansa edəcəyəm mən.
Sən, sən,
Sən gəl tut əllərimdən,
Səninlə yol gedəcəyəm mən.
Bəxtim mənim, məhəbbətim.
 
Bəxtim mənim, məhəbbətim.
Bəxtim mənim, mənim məhəbbətim.
 
Haradasa qarşıda gözləyir bizi
Sevdalı bir aylı-ulduzlu gecə.
Cüt-qoşa görəndə izlərimizi
Bəxtəvər olacaq bir tənha küçə.
 
Sən, sən,
Sən bəlkə bir arzusan
Əvvəl-axır yetəcəyəm mən.
Sən, sən,
Sən bəlkə bir günahsan
Nə zamansa edəcəyəm mən.
Sən, sən,
Sən gəl tut əllərimdən,
Səninlə yol gedəcəyəm mən.
Bəxtim mənim, məhəbbətim.
 
Bəxtim mənim, məhəbbətim.
Bəxtim mənim, mənim məhəbbətim.
Likes 2
Μπορείς να ευχαριστήσεις τον υποβάλλων πατώντας αυτό το κουμπί.
expand collapse Λεπτομέρειες τραγουδιού
322395062 322395062
υποβλήθηκε στις 13 Μαρ 2018 - 13:26
Σχόλια συντάκτη:

Music by: Kamal
Lyrics by: Baba Vəziroğlu

Μεταφράσεις

Συνδεθείτε ή εγγραφείτε για να προσθέσετε ένα σχόλιο.
Είσοδος Είσοδος Χρήστης Εγγραφείτε