• Nurlan Ordubadlı

    Yaşa Azərbaycan

Paylaş
Font Size
Azerbaycanca
Azerbaycanca
Dilimizdə bir şüar var- yaşa Azərbaycan
Yaşa Azərbaycan
Səni dünya tanıdı birbaşa Azərbaycan
Yaşa Azərbaycan
 
Biz Şanlı Ordumuzun rəşadətinin heyranıyıq
Döyüşən hər əsgərin cəsarətinin heyranıyıq
Ali baş komandanın siyasətinin heyranıyıq.
Düşməni yaman saldı çaş-başa Azərbaycan.
 
İki dövlət bir millətik sual-sorğusu yox
Hansı bir dövlətinsə bizim kimi ordusu yox
Neçə dövlət yığılıb gəlsə yenə qorxusu yox
Kürəyin söykəyibdi qardaşa Azərbaycan.
 
Cəm edib Azərbaycan vətən övladlarını
Keşiyində görə hər an vətən övlarlarını
Vətən uğrunda verən can vətən övladlarını
Qızıl hərflə yazır yaddaşa Azərbaycan
 
İlhamla irəliyə gedirik sevirik biz vətəni.
Sabaha ümidlə baxırıq unutmuruq dünəni.
Sən özün fikirləş ki, kimsən axı ay erməni.
Səni saldı necə dağdan-daşa Azərbaycan
 
Bu otuz il bizə vermiş elə işgəncə zülm
Otuz ildə itirib ətrini Xarıbülbülüm
Budu məqsəd və amal ya Qarabağ ya da ölüm
Bir dənə gülləsin atmır boşa Azərbaycan
 
Sən yalanlar içində hey həqiqətlər axtardın
Hansı ki həqiqətlər içində hər vaxt vardın
Nə gözəl iyirmi faiz torpağın qaytardın
Sən bütövlüklə gəlirsən xoşa Azərbaycan
 

 

Yorumlar