• Baloghlan Ashrafov

    Sən şamsan əgər

Share
Font Size
Azerbaijani
Azerbaijani
Sən şamsan əgər,
Pərvanən olum.
Aşiqsən əgər,
Divanən olum.
 
Dərya olsan əgər, qoy incin olum,
Tökülüb qəlbinə, sevincin olum.
Karvan olsan əgər, sarvanın olum,
Dolanım başına, mehmanın olum.
 
Sən şamsan əgər,
Pərvanən olum.
Aşiqsən əgər,
Divanən olum.
 
Sən yadsan əgər, ox-yayın olum
Gəl al canımı, arxayın olum.
Əsli olsan əgər, Kərəmin olum,
Çəkdiyim nalənin qurbanı olum.
Leyli olsan əgər, Məcnunun olum,
Düşüb çöllərə mən, divanən olum.
 

 

Comments