Paylaş
Font Size
Azerbaycanca
Azerbaycanca
Gəzdiyin yerləri çox dolanmışam,
Eşqinin oduna gizli yanmışam.
Artıq bahar deyil qarlı bir qışam.
Peşiman olsan da axtarma məni
Odlanıb yansan da axtarma məni
 
Çıxıram sevgilim dağlara sənsiz
Dağ da qəribsəyər dumansız, çənsiz
Gəz dolan dünyanı, gəz dolan mənsiz
Peşiman olsan da axtarma məni
Odlanıb yansan da axtarma məni
 
Sənsiz harda olsam səninləyəm mən
Ətrini alıram gülün ətrindən
Sürətin qəlbimdə nəğmən dilimdə
Peşiman olsan da axtarma məni
Odlanıb yansan da axtarma məni
 

 

Çeviriler

Yorumlar