• Sura İskenderli

    Sevgi Dolu Dünyamız

Paylaş
Font Size
Azerbaycanca
Azerbaycanca
Gülüşlərim donub qaldı üzümdə
Göz yaşlarım buz bağladı gözümdə
Söz vermişəm mən qalmışam sözümdə
Sənsə mənə vəfasızlıq eylədin
Sənsə mənə vəfasızlıq eylədin
 
Mən yolunda dağdan axıb çay oldum
Qaranlıqda səndən ötrü ay oldum
Üşüyürdün qışda sənə yay oldum
Söylə görüm sən mənim üçün nə eylədin
nə eylədin, nə eylədin
Söylə görüm sən mənim üçün nə eylədin
 
Nəfəsinlə Ağ Dumanı dadırdım
Nur gözünlə gözlərimə baxırdın
Səni sonsuz bir asiman sanırdım
Gözüm görmür asimanı nə eylədin?
Gözüm görmür asimanı nə eylədin?
 
Səndən uzaq çıxıb gedə bilmirəm
Bu ayrılıq nəğməsini sevmirəm
Sən dünyamsan dünyanı mən nə eyləyim?
Sevgi dolu dünyamızı nə eylədin?
nə eylədin, nə eylədin
Sevgi dolu dünyamızı nə eylədin?
 

 

Çeviriler

Yorumlar