Jungkook

Still With You - Azerbaijani translation

Album:
FESTA 2020
Original lyrics
Translation

Still With You

Hələ Də Səninləyəm

Mənə toxunan xəfif səsin
Xahiş edirəm adımı sadəcə bir dəfə daha çağır
Batan günəşin donmuş parıltısının altında dayansam belə
Addım-addım sənə doğru gedəcəyəm
Hələ də səninləyəm
 
İşıqsız bu qaranlıq otaqda
Buna öyrəşməməliyəm amma
Yenə çox tanış gəlir
 
Kondisionerdən gələn
Alçaq səs
Əgər buna belə sahib olmasaydım
Düşünürəm ki həqiqətən məhv olardım
 
Birlikdə gülmək və birlikdə ağlamaq
Düşünürəm ki bu sadə duyğular
Mənim üçün hər şey idi
 
O gün nə vaxt gələcək?
Səninlə yenidən görüşəndə
Gözlərinə baxıb demək istəyirəm ki
Sənin üçün darıxmışam
 
Valehedici xatirələrdə
Öz başıma rəqs etsəm belə yağış yağır
Duman aydınlananda
İslanmış ayaqlarla sənə doğru qaçacağam
Onda məni qucaqla
 
Çünki ay tənha görünürdü
Sanki gecə səmada işıq saçan göz yaşları ilə ağlayırdı
O səhərin bir gün gələcəyini bilsəm belə
Sənin səmanda bir ulduz kimi qalmaq istədim
 
O günlər, o anlar
Belə bitəcəyini bilsəydim
Onları daha yaxşı qoruyardım
 
O gün nə vaxt gələcək?
Səninlə yenidən görüşəndə
Gözlərinə baxıb demək istəyirəm ki
Sənin üçün darıxmışam
 
Valehedici xatirələrdə
Öz başıma rəqs etsəm belə yağış yağır
Duman aydınlananda
İslanmış ayaqlarla sənə doğru qaçacağam
Onda məni qucaqla
 
Gözəl bənövşəyi gecəni boyamaq istəyirəm
Mənə baxan solan gülüşlərin ardında
Addımlarımız bir-birinə uyğun olmasa da
Bu yolu səninlə yerimək istəyirəm
Hələ də səninləyəm
Likes11
You can thank submitter by pressing this button
expand collapse Translation details
f.a.f.a.
submitted on 9 Jul 2021 - 20:10

User

Time ago

4 years 8 months
Guests thanked 10 times