✕
Azerbaijani
Translation
Original
Canavar
Click to see the original lyrics (Korean)
Birdən bir şey hiss edirəm, bir dişləkdə
Səni pendir kimi ağzıma atacağam
Qoxunu iyləyəcəyəm, rəngindən zövq alacağam
Və səni şərab içməkdən daha zərifcə yeyəcəyəm
Amma pəncəmdəki gücü itirdim
İştaham qaçır
Xəstəyəm? Bir xəstəliyim var?
Bəli, başım bəladadır
Hey, özünə gəl, ürəyin necə bir insan tərəfindən oğurlanmış ola bilər?
O sadəcə bir dişləklik bir yeməkdir
Hey, sadəcə dişlə onu
Sonra silkələ onu beləliklə şüurunu itirəcək
Hey, bunu heç vaxt etmədiyin bir tərzdə et
Ay batmadan əvvəl ondan qurtulmalısan
Bəli canavar, mən bir canavaram
Ah, səni sevirəm
Mən bir canavaram və sən bir gözəlsən
Bəli canavar, mən bir canavaram
Ah, səni sevirəm
Mən bir canavaram və sən bir gözəlsən
Bu güclü hissə qarşı müqavimət göstərə bilmirəm
İçinə düşürəm, özümü buraxıram
Bunu sadəcə sevirəm
İçimdə gizlənən şey gözlərini açdı
Bəli, ona bax
Qorxur
Gözlərinin önündəki vəziyyəti başa düşə bilmir
"Bu pis canavar adam axırda məni yeyəcək?"
Bu elə deyil, mən aşiq oldum
Çox gözəl, gözəl, gözəl
Sən mənimsən, mənim, mənim
Qorxma, qorxma, qorxma
Mən xüsusi, xüsusi, xüsusi bir canavaram
Səni sevən, səni sevən, səni sevən bir canavar
Sənin tərəfindən kor edilmiş, kor edilmiş, kor edilmiş bir canavar
Hey, sadəcə dişlə onu
Sonra silkələ onu beləliklə şüurunu itirəcək
Hey, bunu heç vaxt etmədiyin bir tərzdə et
Ay batmadan əvvəl ondan qurtulmalısan
Bəli canavar, mən bir canavaram
Ah, səni sevirəm
Mən bir canavaram və sən bir gözəlsən
Bəli canavar, mən bir canavaram
Ah, səni sevirəm
Mən bir canavaram və sən bir gözəlsən
Səndən əl çəkə bilmirəm, başım bəladadır
Səndən əl çəkə bilmirəm, başım bəladadır
Bu sarı ay məni qəzəbləndirir
Sənə sahib ola bilməyəcəyimi deyir
"Sən sadəcə vəhşi bir canavarsan"
Əgər belə deyəcəksənsə, onda çıx get
Əgər ehtiyacım olsa özüm dəyişərəm
Onu heç vaxt buraxa bilmərəm
Bu güclü hissə qarşı müqavimət göstərə bilmirəm
İçinə düşürəm, özümü buraxıram
Bunu sadəcə sevirəm
İçimdə gizlənən şey gözlərini açdı
Bu güclü hissə qarşı müqavimət göstərə bilmirəm
İçinə düşürəm, özümü buraxıram
Bunu sadəcə sevirəm
İçimdə gizlənən şey gözlərini açdı
Bəli canavar, mən bir canavaram
Ah, səni sevirəm
Mən bir canavaram və sən bir gözəlsən
Bəli canavar, mən bir canavaram
Ah, səni sevirəm
Mən bir canavaram və sən bir gözəlsən
| Thanks! ❤ thanked 2 times |
| You can thank submitter by pressing this button |
Submitted by
f.a. on 2018-02-13
f.a. on 2018-02-13✕
Translations of "늑대와 미녀 (Wolf) ..."
Azerbaijani
Comments
Russia is waging a disgraceful war on Ukraine. Stand With Ukraine!
About translator
Name: Fidan
Role: Guru

Contributions:
- 1040 translations
- 3 transliterations
- 404 songs
- 6050 thanks received
- 114 translation requests fulfilled for 65 members
- 51 transcription requests fulfilled
- left 432 comments
- added 18 artists
Languages:
- native: Azerbaijani
- fluent
- English
- German
- Turkish
- intermediate
- Korean
- Spanish
- beginner
- Finnish
- French