TAEMIN

혼잣말 (Monologue) - Azeri vertaling

Album:
Want
Originele teksten
Koreaans
Vertaling
Azeri

혼잣말 (Monologue)

Monoloq

Zamanın belə dayandığı içində sən olmayan bir otaq
Mənasız öz-özümə danışmalarımla doludur
Səni sevdiyim qədər çox ağrıdır
Məni məhv edib gedən səni yenə də çağırıram
 
Hər gün baxışların üçün darıxıram
Öz-özümə danışarkən
Boş otağımı dolduran sözlər
Sən davamlı geri dönürsən
Qoxun doldurur hər yeri
Sən məni bu yerə həbs etdin
 
Öz-özümə danışıram, öz-özümə danışıram
Sonsuza qədər, sonsuza qədər
Öz-özümə danışıram, öz-özümə danışıram
Həmişəki kimi, həmişəki kimi
 
Gülümsəməyə çalışan kədərli üzün
Çoxdandır bilirəm
Səni buraxmalı olduğumu
Əslində səni görəndə heç nə hiss etmirəm
Necə buraxa bilərəm səni? Hər şey çox açıqdır
 
Dözülməz həqiqət
Məni birdən oyatdı
Səni saxlamaq üçün söylənən sözlərlə
Mənə salam verdiyin an
İçi xatirələrimizlə dolan
Bu otaqda təkbaşına qalıram
 
Öz-özümə danışıram, öz-özümə danışıram
Sonsuza qədər, sonsuza qədər
Öz-özümə danışıram, öz-özümə danışıram
Həmişəki kimi, həmişəki kimi
 
Son gecəmiz, səni itirdiyim gecə
Zamanın və peşmanlıqla dolu xatirələrin ötəsindədir
Zamanı geri çevir, səni nə vaxt çağırsam
Toxuna bilməyəcəyim qədər uzaqlaşırsan
 
Öz-özümə danışıram, öz-özümə danışıram
Sənə çatmağa çalışıram
Mənimlə gəz
Mənimlə gəz
Mənimlə gəz
 
expand collapse Translation details
f.a. f.a.
submitted on 8 sep 2020 - 18:37

LT-lid

verstreken tijd

5 jaar 6 maanden
5 jaar 6 maanden
Gasten hebben 1 keer bedankt
Give a shoutout to f.a.

TAEMIN TOP 3