Lionel Richie

Angel - traducere în Azeră

Versuri originale
Traducere

Angel

Mələk

Sənə sadəcə olduğun hər şeyi demək istəyirəm
Və mənə demək istədiyin hər şeyi.
Həmişə mənimlə olmusan,
Həyatımdakı dəyişikliklər ərzində,
Bütün göz yaşları və gülüş ərzində.
 
Getməyə bir yer olmadığına inanmağa başlayanda,
Ürəyimin içərisində tənhalığı hiss edəndə.
 
Sən dualarıma cavabsan
Və hər yerdə mənimləsən.
Sən mənim mələyimsən, möcüzəmsən, bu gecə ehtiyacım olan hər şeysən.
Yağışdan sığınacaq ver mənə,
Yenidən həyat üfür mənə.
Sən mənim mələyimsən, möcüzəmsən, bu gecə ehtiyacım olan hər şeysən.
 
Həyat sadəcə bir dəqiqədir,
Biz küləkdə əsirik.
Bir dost tapmağa çalışırıq
Və yalnız zaman bizə deyə bilər,
Qalib gəldiyimizi, yaxud uduzduğumuzu
Və kimin yanımızda dayanacağını.
 
Hər tərəfimdə qaranlıq olanda
Gördüyüm işıqsan,
Narahat ağlımı sakitləşdirmək üçün kiməsə ehtiyacım olanda.
 
Sən dualarıma cavabsan
Və hər yerdə mənimləsən.
Sən mənim mələyimsən, möcüzəmsən, bu gecə ehtiyacım olan hər şeysən.
Yağışdan sığınacaq ver mənə,
Yenidən həyat üfür mənə.
Sən mənim mələyimsən, möcüzəmsən, bu gecə ehtiyacım olan hər şeysən.
 
Bu gecə ehtiyacım olan hər şeysən,
Bu gecə ehtiyacım olan hər şey,
Bu gecə ehtiyacım olan hər şey,
Sən mənim mələyimsən.
 
Sən dualarıma cavabsan
Və hər yerdə mənimləsən.
Sən mənim mələyimsən, möcüzəmsən, bu gecə ehtiyacım olan hər şeysən.
Yağışdan sığınacaq ver mənə,
Yenidən həyat üfür mənə.
Sən mənim mələyimsən, möcüzəmsən, bu gecə ehtiyacım olan hər şeysən.
expand collapse Translation details

© Dayanat Sabir Aghayev / Azerbaijan Republic

deyanet.aghayev deyanet.aghayev
submitted on 12 Mai 2021 - 14:01
Adaugat ca răspuns la cererea Kasia19160Kasia19160