Favorite
Acțiune
Subtitrări
Font Size
Traducere
Swap Languages

afərin sənə

[Giriş]
Ah
 
[Bənd 1]
Afərin sənə, görünür məni çox asanlıqla unutmusan
Bir neçə həftəyə yeni birini tapmısan
Mənə dünyaları vermək istədiyini deyirdin, xatırlayırsan?
Afərin sənə, görünür öz üzərində işləmisən
Deyəsən sənin üçün tapdığım terapevt işə yarayıb
İndi yeni sevgilin üçün daha yaxşı biri ola bilərsən
 
[Nəqarət]
Afərin sənə, xoşbəxt və sağlam görünürsən
Mənim əksimə, əgər maraqlanıb soruşsaydın
Afərin sənə, mənsiz çox yaxşı davam edirsən
Tanrım, istərdim mən də edə bilim
Başımı itirmişəm, gecəni vanna otağında ağlayaraq keçirmişəm
Sənsə çox laqeydsən, həqiqətən başa düşmürəm
Amma yenə də afərin sənə
 
[Bənd 2]
Afərin sənə, görünür istədiyin hər şeyi yavaş yavaş əldə edirsən
Yeni maşının var və kariyeranı böyütmüsən
"Biz" deyə bir şey heç var olmamış kimi
Əzizim, nə baş verir?
Afərin sənə, məni heç tanımamış kimi davranırsan
Tanrıya and içmişdin ki qəlbini qazanmağı bacaran tək insan mənəm, xatırlayırsan?
Nəysə, onun da sənin də canı cəhənnəmə
Heç vaxt mənim qədər acı çəkməyəcəksən
 
[Nəqarət]
Afərin sənə, xoşbəxt və sağlam görünürsən
Mənim əksimə, əgər maraqlanıb soruşsaydın
Afərin sənə, mənsiz çox yaxşı davam edirsən
Tanrım, istərdim mən də edə bilim
Başımı itirmişəm, gecəni vanna otağında ağlayaraq keçirmişəm
Sənsə çox laqeydsən, həqiqətən başa düşmürəm
Amma yenə də afərin sənə
 
[Körpü]
Bəlkə də mən çox duyğusalam
Amma laqeydliyin duz içində yara kimidi
Bəlkə də mən çox duyğusalam
Ya da sənin üçün heç vaxt önəmli olmamışam
Bəlkə də mən çox duyğusalam
Amma laqeydliyin duz içində yara kimidi
Bəlkə də mən çox duyğusalam
Ya da sənin üçün heç vaxt önəmli olmamışam
 
[Nəqarət]
Afərin sənə, xoşbəxt və sağlam görünürsən
Mənim əksimə, əgər maraqlanıb soruşsaydın
Afərin sənə, mənsiz çox yaxşı davam edirsən
Tanrım, istərdim mən də edə bilim
Başımı itirmişəm, gecəni otağımda ağlayaraq keçirmişəm
Sənsə çox laqeydsən, həqiqətən başa düşmürəm
Amma yenə də afərin sənə
 
[Sonluq]
Afərin sənə, görünür məni çox asanlıqla unutmusan
 
Versuri originale

good 4 u

Fă click aici pentru a vedea versurile originale (Engleză)

Comentarii